Rusiyalı tarixçi Valeri Solovey yenidən qalmaqallı açıqlamalarla gündəmə gəlib.
Sfera.az xəbər verir ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin ciddi xəstəlikdən əziyyət çəkdiyini deyən tarixçi bu dəfə də onun ailəsini nüvə silahından qoruduğunu bildirib.
V.Solovey Putinin ailəsini Altay dağlarında yüksək texnologiyalı bunkerdə gizlətdiyini deyib. 61 yaşlı politoloq bunkerin böyük yeraltı şəhəri xatırlatdığını da diqqətə çatdırıb.
Qeyd edək ki, Solovey bundan əvvəl Putinin Rusiya ictimaiyyətindən gizlədilən tibbi problemlərdən əziyyət çəkdiyini və müdafiə naziri Sergey ilə birlikdə qəribə gizli şaman ayinlərində iştirak etdiyini iddia etmişdi. O, Putinin sağlamlıq və psixi vəziyyəti ilə bağlı söylədiyi iddialara görə, Rusiya səlahiyyətliləri tərəfindən 7 saat dindirilib.
Əzizə Zeynal
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man