Məlum olduğu kimi, Azərbaycanda kənd təsərrüfatı malları, meyvə-tərəvəz ixracatçıları çoxdur. Yerli məhsullar, xüsusilə daha çox Rusiya bazarlarına göndərilir, orada satılır.
Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi fonunda kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarında satılması ilə bağlı yarana biləcək problemləri şərh edən ekpsert Elçin Bayramlı Sfera.az-a açıqlamasında bildirib ki, satış qiymətləri artacaq:
"Rusiya və Qərb arasındakı gərginlik və tərəflərin bir birinə qarşı sanksiyaları bizim iqtisadi əhəmiyyətimizi artırır. Azərbaycan məhsullarının Rusiya bazarlarına çıxış həcmi və satış qiymətləri artacaq. Eynilə, Rusiya məhsulları da rublun məzənnəsinin enməsi ilə bağlı Azərbaycan bazarlarına daha çox həcmdə və daha ucuz qiymətə gələcək. Bundan başqa, həm yerüstü, həm hava nəqliyyatında tranzitdən gəlirlərimiz artacaq. Eyni şey neft-qaz sektoruna da aiddir. Azərbaycan neft və qazına tələbat yüksəlməklə yanaşı, xüsusən də neft və qazın sürətlə bahalaşması fonunda gəlirlərimiz xeyli artacaq”.
Ekspert hazırkı vəziyyətin Azərbaycanın müxtəlif sferalarda əhəmiyyəti artırdığını deyib:
"Rusiya banklarının bizim banklar vasitəsilə əməliyyat aparma həcmi çoxalacaq. Qarşılıqlı investisiya həcmləri, yükdaşıma trafiki və digər iqtisadi sferalarda əməkdaşlıq artacaq. Hazırkı vəziyyət Azərbaycanın həm iqtisadi, həm siyasi-coğrafi əhəmiyyətini çoxaldır. Bu da sözsüz ki dolayı yollarla sosial sahəyə də müsbət təsirini göstərəcək”.
Əzizə Zeynal
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man