Neftin gözlənilən MİNİMAL QİYMƏTİ - Ölkə iqtisadiyyatına təsiri olacaq? - ŞƏRH

Media 01 Mart 2022 | 13:18
OXUNUB: 1724
 

 

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,19 ABŞ dolları, yaxud 3,22 % artaraq 102,30 ABŞ dollarına çatıb. Ümumilikdə, neftin qiymətində son günlər müəyyən fərqlə dəyişikliklərin olduğu müşahidə edilir.

 

Mövzu ətrafında danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sfera.az-a açıqlamasında bildirib ki, neftin qiyməti Ukrayna-Rusiya müharibəsindən sonra aşağı düşəcək:

 

 

"Ukraynada konflikt hərbi fazaya keçəndə belə neftin qiymətində hansısa böyük artımın olduğunu hiss etmədik. Bu onu göstərdi ki, istehsal bazarlarında təminat məsələsi yetərincədir və bazarlarda hansısa təlatüm yoxdur. Ona görə də neftin qiyməti müharibədən əvvəlki rəqəmlərin ətrafında dəyişir. Artıq üzü yaz fəslinə doğru gedir və mövsümlə əlaqədar olaraq bazarlara enerji ilə bağlı güclü təsir yoxdur.

 

 

Ona görə bir müddət neftin qiymətində ciddi artımlar olmayacaq. Hərbi qarşıdurmanın aktiv fazası başa çatdıqdan sonra neftin qiyməti aşağı düşəcək. Neftin qiymətinin aşağı düşməsinin isə Azərbaycana ciddi təsiri olmayacaq. Çünki neçəyə satsaq da qazanırıq. Bizim dünya bazarına təsirimiz yoxdur”.

 

Əzizə Zeynal

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man