Ermənistanı Azərbaycan və Türkiyəyə itələyən PROSES: “Bundan sonra əl-qolları qısalacaq”

Media 01 Mart 2022 | 12:38
OXUNUB: 1683
"Rusiyanın durumu çətinləşdikcə, Azərbaycan-Ermənistan münasibətlərində də fərqli vəziyyət seziləcək”.

 

 

Bunu Rusiyaya tətbiq edilən sanksiyaların qonşu ölkələrə mümkün təsirlərini şərh edən deputat Elman Məmmədov Sfera.az-a açıqlamasında deyib.

Millət vəkili Rusiya-Ukrayna münasibətləri fonunda Rusiyanın Cənubi Qafqazda təsir gücünün azalacağını deyib:

 

 

"Rusiya və Ukrayna arasında baş verən müharibənin təsirləri bütün dünyada olduğu kimi, regiondakı vəziyyətdə də özünü göstərəcək. Tətbiq edilən sanksiyaların nəticələrini tədricən görəcəyik. Rusiya nəticə çıxarmalıdır ki, başqa dövlətlərin müxtəlif bəhanələrlə daxili işinə qarışmaq, birbaşa müdaxilə etmək yolverilməzdir. Lakin müharibədən ən ciddi nəticəni Ermənistan çıxaracaq. Belə ki, ermənilərin bundan sonra əl-qolu bir az qısalacaq. Ermənistan iqtisadiyyatı Rusiyadan birbaşa olaraq asılıdır və Rusiyaya dəyən zərbələr həm də ermənilər üçün problem yaradır”.

 

 

Millət vəkili Ermənistanın Azərbaycan və Türkiyə ilə isti münasibətlər quracağına da diqqət çəkib:

 

 

"Əgər Ermənistan bu hadisələrdən dərs çıxarsa, Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşmasına doğru real addımlar atmağa başlayacaq. Belə ki, zəifləmiş Rusiya Ermənistanın meydanda tək qalması anlamına gəlir. Ermənilər həmişə çətin vəziyyətə düşən kimi xislətlərinə uyğun olaraq mövqelərini dəyişirlər. Rusiyanın durumu çətinləşdikcə, Azərbaycan-Ermənistan münasibətlərində də fərqli vəziyyət seziləcək”.

 

 

 

Əzizə Zeynal

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man