"XX əsrin yeni nizamının qurulması müharibə ilə başladığı üçün XXI əsrin nizamının da Üçüncü Dünya müharibəsi ilə olması mümkündür”.
Bunu Rusiya-Ukrayna müharibəsinin fonunda digər ölkələr arasında da yaranan gərginlikləri şərh edən siyasi şərhçi Asif Nərimanlı Sfera.az-a açıqlamasında deyib.
O, bildirib ki, Rusiyanın Ukraynada işğalçılıq müharibəsinin əsas hədəflərindən biri böyük tabloda yeni nizamın formalaşmasının bir hissəsidir.
"Bu prosesdə Qərb-Rusiya ikilisinin toqquşan, bəzən də uzlaşan maraqları ola, yaxud qarşıdakı dövrdə yeni şərtlərlə ortaya çıxa bilər. Lakin Baydenin Üçüncü Dünya müharibəsi olmaması üçün sanksiyaları işə saldıqları haqda açıqlaması göstərir ki, Qərb Ukraynada buna getmək istəmir, yaxud indi getmir”.
Şərhçi qeyd edib ki, Finlandiya və İsveçin NATO-ya üzvlüyü böyük toqquşma şəraiti yarada bilər:
"Ukraynadan fərqli olaraq, bu ölkələrin ittifaqa üzvlüyü imkanı daha genişdir və Rusiya artıq bununla bağlı xəbərdarlıq edib”.
"Ukrayna müharibəsinin II Dünya müharibəsindən sonrakı sistemi başqa formada meydana çıxara biləcəyi ehtimalı da ayrı mövzudur. İndi əsas məsələ Ukraynanın işğalçının üzərində qələbəsi, ən azından Putinin istəyinə nail olmasının qarşısını almasıdır”, - deyə A. Nərimanlı qeyd edib.
Qeyd edək ki, ötən gün Çin Xalq Azadlıq Ordusuna aid 8 döyüş təyyarəsi Tayvanın "Hava Hücumundan Müdafiə Müəyyənləşdirmə Bölgəsi” elan etdiyi əraziyə daxil olub. Bundan başqa, Yaponiya Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Hideki Uyamanın Yaponiya parlamentində müzakirələr zamanı "Rusiya Kuril adalarının cənub hissəsini işğal edib, bu da Ukraynaya hücum kimi beynəlxalq hüquqa ziddir” deyib. Bununla da, Ukrayanın ardınca "Tayvan” və "Kuril adaları” münaqişələrinin də də aktiv mərhələyə keçmə ehtimalı müzakirə edilir.
Turan Rzayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man