ABŞ-ın keçmiş prezidenti Donald Tramp da Rusiya-Ukrayna müharibəsinə münasibət bildirib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş prezident NATO-nu hədəf alıb.
"Mən Ukraynaya çox təsirli tank əleyhinə raketlər verdim, əvvəlki hökumət isə onlara yorğan göndərmişdi. Ümid edirəm ki, hamı xatırlayır ki, mənim prezidentliyim zamanı NATO-nun etibarsız üzvlərini yüz milyardlarla dollar yardım ödəməyə məcbur edən şəxs mən olmuşam. Mənim sürətli və qətiyyətli hərəkətim olmasaydı, NATO indi mövcud olmazdı”, - deyə Tramp bildirib.
Aysel
Sfera.az