Sosial məsafə saxlamağı rədd edənlər psixopatiyaya meyillidirlər - ARAŞDIRMA

Maraqlı 11 İyun 2020 | 16:09
OXUNUB: 848

İnsanların sosial məsafəyə yanaşması onların şəxsiyyətinin özəlliklərini ortaya çıxara bilər.

Avtosfer.az xəbər verir ki, “Report”a istinadən xəbər verir ki, bu qənaətə ABŞ-ın Vitmen Kollecinin alimləri gəlib.

Araşdırmaçılar müəyyənləşdiriblər ki, karantin zamanı təhlükəsizlik qaydalarını qəsdən rədd edənlərdə qaranlıq üçlünün (ing. “dark triad”, psixologiyada bu üçlüyə narsissizm, makiavellizm və psixopatiya daxildir) əlamətlərindən olan psixopatiyanın yüksək göstəriciləri var.

“Pandemiyanın başlanğıcında KİV-də sosial məsafə və digər qorunma tədbirləri haqqında tövsiyələri rədd edən insanlar barədə məlumatlar yayılmağa başlamışdı. Bundan başqa, izdihamda öskürən, yerə tüpürən, həmçinin qapı tutacaqlarını yalayanlar haqqında tez-tez xəbərlər eşidirdik”, - araşdırmanın təşkilatçısı S.Blaqov deyib.

Alimlərin fikrincə, elə davranışın kompleks səbəbləri ola bilər və şəxsiyyətin xüsusiyyətləri bunda az da olsa rol oynayır. Bundan başqa, daha öncəki araşdırmaların hamısında məlum olub ki, qaranlıq üçlüyün əlamətləri olan şəxslər öz sağlamlıqlarını tez-tez riskə atırlar.

Yeni sorğuda iştirak etmiş 502 nəfər öncə şəxsi keyfiyyətlər testindən keçirilib, daha sonra onlardan sosial məsafə və digər tövsiyələrə necə riayət etdiklərini anlatmaları istənilib.

Respondentlərin əksəriyyəti həm özünü, həm çevrədəkiləri qorumaq üçün əllərindən gələni etdiyini vurğulayıb. Ancaq bəziləri bütün tövsiyələri rədd etdiyini boynuna alıb. Məhz bu qrup insanlarda psixopatiyanın nevrotizm, apatiya, disinhibisiya (düşüncəsizlik, nəticəni düşünmədən hərəkət etmə) kimi qabarıq əlamətləri yüksək olub.

“Bu insanlar həmçinin onlarda COVID-19 aşkarlanarsa, başqalarını da şüurlu şəkildə yoluxduracaqlarını deyirdilər”, - S.Blaqov bildirib.

Psixoloqun fikrincə, araşdırmanın nəticəsi dəhşətli olsa da, bu demək deyil ki, virusu “yalnız məsuliyyətsiz və diqqətsiz insanlar” yayır: “Əlavə araşdırmalar da aparılmalıdır, çünki korrelyasiyalar çox vaxt böyük olur. Şəxsiyyətin elmi cəhətdən təyin edilməsi isə heç də həmişə gündəlik həyatdakı vərdişlər barədə fikir söyləməyə imkan vermir”.  

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man