Tokioda hüquq-mühafizə orqanlarının əməkdaşları 4 gündür şəhərdə gəzən maralı saxlaya biliblər.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 4 gündür ki, axtarılan və hündürlüyü təxminən bir yarım metr olan bir maral ilk dəfə mayın 31-də İtabaşi bölgəsindəki Arakava çayı ətrafında görülüb.
İyunun 2-də onun artıq Adati bölgəsində olduğu məlum olub. Hər ikisində heyvan onu təqib edən insanlardan qaçmağı bacarıb. Lakin bu gün 20 hüquq-mühafizə orqanı əməkdaşı və yerli idarəetmə işçiləri böyük bir tor vasitəsilə maralı tuta biliblər.
Maralın bir müddət sığınacaqda qalacağı qeyd edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man