"Bir sual, bir cavab" - Sürücülük vəsiqəsinin vaxtı bitənləri nə gözləyir?

Maraqlı 21 May 2020 | 14:50
OXUNUB: 1594

​​​​​Lent.az -ın “Bir sual, bir cavab” rubrikasının növbəti mövzusu sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlıdır.

Azərbaycanda karantin rejiminin yumşaldılması ilə əlaqədar sürücülük vəsiqəsinin etibarlılıq müddəti üçün nəzərdə tutulan güzəşt mayın 31-də bitir. Baş Dövlət Yol Polisi bu barədə sürücülərə xəbərdarlıq edərək, "Asan Xidmət" mərkəzlərində və ya digər aidiyyatı dövlət orqanlarında vəsiqələrin dəyişdirilməsini tövsiyə edib. Görəsən, sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitən şəxslər barədə hansı tədbirlər nəzərdə tutulub?

Avtomobil eksperti Elməddin Muradlı Lent.az -a bildirib ki, sürücülük hüququ olmadan avtomobil idarə edənlər 100 manat cərimələnəcək:

“İkinci və növbəti dəfələrdə eyni əməl təkrarlansa, cərimənin miqdarı 200 manat olacaq. Əgər heç bir qəza törətməsə, sadəcə etibarlılıq müddəti bitən vəsiqə ilə idarə etsə, bundan artıq inzibati cəza yoxdur. Ancaq qəza törətsə, ağırlaşdırıcı hal kimi qiymətləndirilir. Məsələn, sürücülük hüququ ilə piyadaya yüngül xəsarət yetirsə, müəyyən miqdarda cərimə tətbiq olunarsa, sürücülük hüququ olmayan şəxs barədə həbs nəzərdə tutulur. Hətta heç bir qəza törətməsə belə, sərxoş halda avtomobil idarə edən şəxsin sürücülük hüququ yoxdursa, o həbs olunur. Xətalara yanaşma fərqlidir. Əksər hallarda hüquqsuz olaraq maşın sürənlər qəza törətsə, həbslə nəticələnir və cinayət işi açılır”.

Qeyd edək ki, karantin dövründə texniki baxış, sürücülük vəsiqələrinin dəyişdirilməsi, avtomobillərin addan-ada keçirilməsi, etibarnamə müddəti, hətta sığortaya qədər bir sıra məsələlər DYP tərəfindən nəzərə alındı. Qurum həmin güzəştlərə görə cərimə yazılmayacağını bildirmişdi

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man