21 yaşlı gənc “Facebook”da canlı yayım edərkən polislər tərəfindən öldürülüb.
“Daily Mail”in məlumatına görə, dəhşətli hadisə ABŞ-ın İndlianapolis şəhərində baş verib.
Məlumata görə, polislər ştatlararası magistralda qaydalara riayət etməyən sürücünün arxasınca düşüblər.
Həmin vaxt avtomobil sahibi “Facebook Live”da canlı yayım edirmiş.
Kadrlarda sükan arxasında hüquq mühafizəçilərindən necə qaçdığını danışan gəncin bir müddətdən sonra maşından düşərək sürətlə uzaqlaşdığı görünür. Daha sonra atəş səsi eşidilir və gənc qışqıraraq yerə yıxılır.
Bütün baş verənləri “Facebook”un canlı yayımında 4 mindən artıq insan izləyib.
Hadisə böyük etirazlarla qarşılanıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man