Pentaqon rəsmən etiraf etdi: UNO var! - VİDEO

Maraqlı 28 Aprel 2020 | 10:50
OXUNUB: 1759

Pentaqon rəsmi olaraq uçan naməlum obyektlərin (UNO) olduğu üç qısa videonu yayımlayıb. Avtosfer.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, videolar təyyarədəki infraqırmızı kameralar vasitəsilə çəkilib. Videolardan ikisində pilotların səsi eşidilir. Onlar təəccüblə UNO-nun sürətini şərh edirlər. Şahidlərdən biri bunun dron ola biləcəyini ehtimal edir.

ABŞ Hərbi-dəniz Qüvvələri videonun həqiqiliyini təsdiq edərək, videoların yayımlanmasını baş verənlərlə videoların həqiqiliyi ilə bağlı yayılan söz-söhbəti yığışdırmaq niyyəti ilə izah edib. Ekspertlər bildiriblər ki, videoların açıqlanması ABŞ texnologiyalarının imkanları ilə bağlı heç bir gizli məlumatı üzə çıxarmır. Bu videolardan biri 2004 və ikisi 2015-ci illərdə çəkilib. Onlar 2007 və 2017-ci illərdə Pentaqonun razılığı olmadan internetdə yayımlanıb.

Məlumdur ki, Pentaqonun əlində hərbçilərin UNO ilə görüşü barədə çoxsaylı sübut və şahid ifadələri var. Amma onlar gizli saxlanılır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man