Azərbaycanda bu küçə öz-özünə işıqlanır - VİDEO

Maraqlı 28 Fevral 2020 | 22:15
OXUNUB: 2135

Qubanın Rustov kəndinin mərkəzi küçəsi öz-özünə işıqlanır. Avtosfer.az Baku TV-a istinadən xəbər verir ki, bu küçənin işıqlandırılmasında alternativ günəş enerjisindən istifadə olunur.

Bunun üçün ərazidə dörd ədəd günəş paneli quraşdırılıb. Bu panellər vasitəsi ilə kəndin mərkəzi küçəsi fasiləsiz olaraq işıqlandırılır.

Alternativ enerjinin üstünlüklərindən biri də elektriyə gərək olmadan, heç bir xərc tələb etmədən və işçi qüvvəsiz küçənin işıqlandırılmasıdır.

İşıqlandırılma sistemi avtomotik olaraq işə düşür. Yəni gecə yanır, səhər isə özü sönür. Bu layihə Azərbaycan höküməti ilə ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən həyata keçirilib.

Layihə həyata keçirilməmişdən əvvəl ərazinin relyefi və günəşin düşmə bucağı hesablanıb. Artıq dörd ildir ki, fasiləsiz olaraq istifadədə olan bu sistem 1600 sakini olan kəndə xidmət edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man