Poçt daşıyan yük maşınından içərisində insan beyni olan banka aşkarlanıb - FOTO

Maraqlı 20 Fevral 2020 | 20:17
OXUNUB: 1202

Sərhəd-keçid patrulları Kanada və ABŞ sərhədində poçt daşıyan yük maşınından içərisində insan beyni olan banka aşkarlayıblar. Avtosfer.az xəbər verir ki, insident Miçiqan ştatında yerləşən Port Huron sərhəd-keçid məntəqəsində qeydə alınıb. Bu barədə “The New York Post” qəzeti məlumat verib.

Məlumata görə, saxlanılan maşında aparılan yoxlama zamanı patrullar içərisində beyin olan banka tapıblar. Aşkarlanan bankanın üzərində “Təlim (təhsil) üçün antikvar nümunə” sözləri yazılmış qeydlər olub. Ancaq belə yükün daşınması üçün heç bir icazə sənədi olmayıb.

Sürücü, sərhədçilərə bağlamaları Kanadanın Toronto şəhərindən götürdüyünü və ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərinə apardığını bildirib.

Qeyd edək ki, bundan əvvəl Floridada bir evin zirzəmisində içərisində insan dili və körpə uşağın qalıqları olan bankalar aşkarlanmışdı.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man