UAZ ev-maşın buraxmaq niyyətindədir - FOTO

Maraqlı 30 Dekabr 2019 | 09:45
OXUNUB: 1567

Rusiyanın UAZ avtomobil şirkətinin sosial şəbəkələrdəki səhifələrində maraqlı sorğuya rast gəlmək olar.

İstifadəçilərə məşhur UAZ-2206 modeli əsasında “təkər üzərində ev” layihəsini qiymətləndirmək və onun təxmini qiymətini müəyyənləşdirmək təklif olunub.

Layihə UAZ-ın Niderlanddakı bölümünün kreativ işidir və payızda Utrextdəki sərgidə nümayiş etdirilib.

“VKontakte” sosial şəbəkəsində ev-maşının müxtəlif kompüter renderləri göstərilib. UAZ həmçinin mikroavtobusda əlavə opsiyalar haqda düşünür: əlavə yataq yeri və miçətkən də təklif olunur.

Sorğu iştirakçıları yenilənməyə görə əlavə 100 min rubl (2,7 min manat) ödəməyə hazır olduqlarını bildiriblər.    

Qeyd edək ki, hazırda Rusiya avtomobil sənayesinin veteranı sərnişin modifikasiyasında 721 900 rubla (19,7 min manat) təklif olunur.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man