Avtobusunu “Instagram” səhifəsinə çevirdi - VİDEO

Maraqlı 29 Dekabr 2019 | 17:00
OXUNUB: 1220

Türkiyənin İstanbul şəhərində avtobusunu özünün “Instagram” səhifəsinə çevirən sürücü hər kəsin diqqətini cəlb edib. 10 ildir ki, meqapolisin Zeytinburnu-Bakırköy marşrutu xəttində işləyən sürücü Məhmət Şirin Çiçək bu fəaliyyəti ilə ictimai düşüncələrdə fərqliliklər yaratmaq istədiyini deyib.

Bu barədə TRT xəbər yayıb.

Avtobusun üzərində qadına qarşı şiddətin, uşaq təcavüzünün qınanmasından tutmuş, heyvan haqlarının müdafiəsinə kimi müxtəlif mövzulara toxunan şəkillər və şüarlar sərnişinlərdə böyük maraq yaradıb.

Məhmət Şirin Çiçəyin özü “Xeyirxahlıq avtobusu” adını verdiyi nəqliyyatı ilə ictimai mesaj vermək istədiyini bildirib.

İnsanlıqdan əlavə bir ata olduğunu vurğulayan sürücü uşaqlara qarşı şiddəti və  təcavüzlərin bu fərqli layihəsində əsas rol oynadığını vurğulayıb.

“Bu dünyada bir uşaq ancaq oynayanda yerə yıxıldığı üçün ağlamalıdır”, - deyə o, bildirib.

“Xeyirxahlıq avtobusu”nun sürücüsü, həmçinin, maaşının bir hissəsini və avtobusda satdığı sulardan gələn gəliri küçə heyvanları üçün xərcləyir. O, aldığı heyvan yemlərini kiçik qutularda sərnişinlərə verərək, onlardan rastlarına çıxan küçə heyvanlarını bəsləmələrini xahiş edir.

O, bu xahişinin heç bir zaman rədd edilmədiyini vurğulayaraq, qutuladığı yemlərin sərnişinlər sayəsində İstanbulun dörd bir tərəfinə paylaşıldığını bildirir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man