İlin son Günəş tutulması başa çatıb

Maraqlı 26 Dekabr 2019 | 13:10
OXUNUB: 927

2019-cu ilin son Günəş tutulması hadisəsi başa çatıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, həlqəvari tutulma hadisəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da başlamışdı.  Təbiət hadisəsini Asiya, Avstraliya, Səudiyyə Ərəbistan, Hindistan, Sumatra, Borneoda izləmək mümkün olub. Bakıda isə Günəş tutulmasını səhər saat 08:03-dən 08:52-dək - səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izlənilib.

Qeyd edək ki, 2020-ci ildə 6 tutulma hadisəsi müşahidə olunacaq. 6 tutulmanın 2-si Günəş, 4-ü isə Ay tutulması olacaq. İlk Günəş tutulması iyunun 21-də, ikinci tutulma isə dekabrın 14-də baş verəcək. Birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə, ikincisi iyunun 5-dən 6-sına keçən gecə, üçüncüsü iyulun 5-də, sonuncu təbiət hadisəsi isə noyabrın 30-da baş verəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man