SOCAR sürücüləri necə işləyir? - AVTOPARK

Maraqlı 26 Dekabr 2019 | 11:15
OXUNUB: 2855

Avtosfer.az AVTOPARK rubrikasında müxtəlif iri dövlət və özəl şirkətlərin avtomobil parkları haqqında məlumatlar dərc edir.

Bugünki araşdırdığımız obyekt Azərbaycanın ən böyük dövlət şirkətlərindən biri olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsidir

SOCAR Nəqliyyat İdarəsi Azərbaycan Respublikası Prezidentinin ''Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında'' 24 fevral 2014-cü il tarixli Fərmanına uyğun olaraq qurulub. Nəqliyyat İdarəsinin əsas məqsədi ARDNŞ-nin Baş ofisi və strukturuna daxil olan qurumlar üzrə təşkilati, idarəçilik, təsərrüfat, istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün tələb edilən avtomobil və xüsusi texniki vasitələrinin təmin olunmasından ibarətdir.

Gündəlik iş rejimi

Şirkətdə istər iri tutumlu, istərsə də kiçik tutumlu və sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri gündəlik olaraq fəaliyyət göstərir. İdarənin gündəlik fəaliyyətinə avtomobillərin texniki baxışdan, sürücülərin tibbi müayinədən keçirilməsi, o cümlədən müvafiq iş qrafikinə əsasən nəqliyyatın hərəkət sxeminin qurulması daxildir. Burada əməkdaşlar tərəfindən kiçik və iri tutumlu avtobuslar, minik maşınlarının iş yerinə gətirilməsi, o cümlədən yanacaq və digər aidiyyəti materialların müvafiq sturukturlara çatdırılması mühüm rol oynayır. Nəqliyyat İdarəsinin tabeliyində olan avtobusların gündəlik müntəzəm xətt üzrə qrafikləri var. Şirkət əməkdaşları müəyyən olunmuş ərazilərdən iş yerlərinə çatdırılır və axşam işdən çıxan zaman yenidən əvvəlki yerə qaytarılır. Həmçinin günün tələbinə uyğun olaraq müntəzəm xətlərdən əlavə xüsusi xətlər də müəyyən olunur ki, bu da yenə şirkət daxilində daşımalara xidmət edir.

Ən ciddi məsələlərdən biri də yanacaq və təhlükəli maddələr daşıyan maşınlardır. Həmin maşınları idarə edən sürücülər mütamadi olaraq təlimlər keçir, hər gün reysqabağı tibbi müayinədən keçirilir, həmçinin maşınlar yoxlanılır. Yanacaq daşıyan maşınlar terminalların tələbatına uyğun olaraq seçilir və Dövlət Yol Polisi tərəfindən müəyyən olunmuş qrafiklə günün müəyyən olunmuş saatlarında hərəkət edirlər.

Sürücülər işə necə qəbul olunur?

SOCAR Nəqliyyat İdarəsində sürücüləri işə qəbul edərkən ilk növbədə onların peşəkarlığı nəzərə alınır. Əsasən yük maşınlarının idarə edilməsində təcrübə əsas götürülür. Həmçinin “Mercedes” şirkəti ilə bağlanmış müqaviləyə əsasən sürücülər mütəmadi olaraq təlimlərdən keçirlər. Onlara idarə etdikləri maşınların təhlükəsi barədə məlumat verilir. Bunun sanki hər an partlaya bilən bomba olması izah olunur.

Nəqliyyat sahəsinə hansı töfhələr verilir?

Təbii ki, SOCAR Nəqliyyat İdarəsi nəqliyyat sahəsinə töfhələr də verir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, DYP ilə birgə avtomobillərin havaya buraxdığı zəhərli qazların ölçülməsi ilə bağlı reydlər keçirilir. Bu zaman sürücülərə müxtəlif maarifləndirici tövsiyyələr verilir.

 

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man