Bankı qarət edib pulları küçəyə səpələdi - FOTO

Maraqlı 25 Dekabr 2019 | 19:00
OXUNUB: 1524

ABŞ-da bankı qarət etdikdən sonra küçəyə qaçaraq pulları havaya səpələyən şəxs, “xoşbəxt Milad”lar deyərək qışqırıb. Avtosfer.az xəbər verir ki, maraqlı hadisə dekabrın 23-də Kolorado ştatının Kolorado-Sprinqs şəhərində qeydə alınıb. Bu barədə “Hill” nəşri məlumat yayıb.

Şahidlər “KKTV” telekanalına söyləyiblər ki, polis tərəfindən şəxsiyyəti müəyyən olunan 65 yaşlı Devid Oliver pulları səpələdikdən sonra yaxınlıqdakı kafeyə gedərək asayiş keşikçilərinin gəlməyini gözləyib.

Polisin məlumatına görə, Oliveri yaxalayan zaman o, əməkdaşlara müqavimət göstərməyib və üzərində də silah tapılmayıb. 

Nəşr qeyd edib ki, ərazidən keçənlər ətrafa səpələnmiş pulları yığaraq banka təhvil veriblər.

Ümumilikdə qarət edilən məbləğin nə qədər olduğu barədə məlumat verilməsə də, polis serjantı Djim Djeffokat hadisə nəticəsində “1000 dollar”ın itdiyini bildirib.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man