İlk "Ferrari" necə yaranıb? - Maraqlı araşdırma

Maraqlı 22 Dekabr 2019 | 21:30
OXUNUB: 2703

Ferrari S.p.A. - Maranelloda yerləşən idman və yarış avtomobilləri istehsal edən İtaliya şirkətidir. 1947-ci ildə Entso Ferrari(tam adı: Enzo Ero Anselmo Ferrari) tərəfindən "Scuderia Ferrari" olaraq qurulan şirkət, yarışçılara sponsorluq edirdi və 1947-ci ilə qədər yarış avtomobilləri istehsal etdi. 1947-ci ildən etibarən, "Ferrari S.p.A." markası ilə ictimai yollarda istifadə üçün icazə verilən idman avtomobilləri istehsalına başladı. Tarix boyu şirkət müxtəlif yarışlarda, xüsusən də ən böyük uğur qazanan Formula 1-də iştirak edib. "Ferrari" rəmzi - sarı fonda hoppanan atıdır. Maşınların ənənəvi rəngi qırmızıdır, lakin şirkət başqa rəngli avtomobillər də istehsal edir.
TARİXİ
1989-cu ildən "Fiat" konserninin törəmə şirkətidir. Mənzil-qərargahı Maranelloda yerləşir.
1930 – 1950
Şirkət (ilk adı - Auto Avio Costruzioni) 1929-cu ildə "Alfa Romeo" avtomobillərinin yarışçısı, konstruktoru və sınaqdan keçirmiş olan Entso Ferrari tərəfindən təsis edilmişdir. Əvvəlcə avtomobillər üçün müxtəlif avadanlıqlar istehsal etdi. Şirkət tərəfindən hazırlanmış avtomobillər "Alfa Romeo" markası altında istehsal edilirdi. Ferrarinin bu şirkətlə razılığı var idi. Artıq "Ferrari" adını daşıyan ilk avtomobil 1946-cı ildə meydana gəldi. Bu, 12 silindrli güclü alüminium mühərrikli Ferrari 125 modelidir, yaradıcısının xəyalını gerçəkləşdirmək üçün hazırlanmışdır. Entso Ferrari, ticarət nişanı olaraq sarı fonda hoppanan atı seçdi.
1947-ci ilin sonlarında "Ferrari" mühərrikində artıq iki dəyişiklik oldu və 166 model üçün işləmə həcmi 1496-dan 1995 kub/sm-ə artdı. Növbəti il "Ferrari" komandası ilk dəfə olaraq Mille Milia və Tarqa Florio yarışlarında qalib gəldi. 1949-cu il, eyni yarışlarda komandaya yeni bir zəfər qazandırdı, bir az sonra isə "24 saatlıq Le Mans" yarışında qələbə qazandı.
1950 – 1960
1951-ci ildə, 340 America mərhələli modeli, əvvəlcə Ferrari GT üçün hazırlanmış 4.1 litrə həcmli mühərriklə ortaya çıxdı. 1953-cü ildə məhz bu maşın 4.5 litr mühərriklə təchiz edilmiş və yeni bir ad alır - 375 America. Elə həmin il "Ferrari" üç litrlik mühərriki olan 250 Europa modelini təqdim etdi.
Ümumilikdə, 1954-cü ilin əvvəlinə qədər Entso Ferrari 200-ə yaxın avtomobilini eksklüziv yol versiyasında və 250 yarış modelində istehsal etdi. Özünün yol maşınlarını yaradan Ferrari, modellərini bir-birinə oxşamaması üçün fərqli dizayn şirkətlərinə müraciət etdi. Lakin 1954-cü ildə 250 GT modeli, "Pininfarina" şirkəti ilə uzun illər və səmərəli əməkdaşlığın başlanğıcını qoydu.
Artıq 250 GT modeli təkcə kupe olaraq deyil, həm də kabriolet olaraq buraxıldı, 1959-cu ildə meydana gələn, sifarişlə hazırlanan 250 GT California isə - 250 GT açıq idman modelinin bariz nümunəsidir. 1958-ci ildə "Pininfarina", 250 GT modeli üçün spesifik küncvari bir gövdə yaratdı: 12 silindrli mühərriklə təchiz edilmiş bu avtomobillər, öz sahiblərinin istəklərinə mükəmməl itaət edərək, böyük güc təəssüratını yaradırdılar.
375 America modeli və 1956-cı ildə onu əvəz edən 410 Super America (cəmi 14 ədəd buraxılmışdır) "dünyanın  güclüləri" üçün nəzərdə tutulmuşdur: onların dizaynı güc və özünə inam hissini ilhamlandırırdı.
1957-ci ildən 1962-ci ilədək görkəmi dəyişdirilmiş "Ferrari 250 GT California", itilənmiş profil və çıxarıla bilən bir dam ilə istehsal edilrdi. Bu avtomobil ilk qələbəsini 1960-cı ildə Qudvud(Goodwood)da keçirilən Tourist Trophy yarışında qazandı.
1960 – 1970
Ferrari, ötən əsrin 60-cı illərinin ən yadda qalan avtomobillərinə sahibdir: 1960-cı ildə 250 GT, "2+2" gövdəli , zərif və populyar olan 250 GTE fastbekə(maili arxa hissə) çevrildi, onun bazasında 1964-cü ildə dörd litrlik mühərrik təchiz edilmiş 330 GT "2+2" yaradıldı. 1962-ci ildən 1964-cü ilədək tarixin ən əhəmiyyətli avtomobillərindən biri olan - 250 GTO (Gran Turismo Omologata) hazırlandı. 3 litrlik V12 mühərrik, 300 at gücü, 5 pilləli sürət qutusuna sahib olan bu avtomobil 39 ədəd istehsal edilib. Avtomobilin çəkisi 1100 kq, təkər bazası - 2400 mm,  maksimal sürəti 283 km/saat təşkil edirdi.
2013-cü ildə, 1963-cü ildən olan Ferrari 250 GTO rekord 52 milyon dollara satıldı və dünyanın ən bahalı avtomobili oldu.
330 GT "2+2", 1967-ci ildə arxa asqını balanslaşdıran və sükan idarə edilməsi gücləndiricisi ilə təchiz olunmuş 365 GT "2+2" əvəz edildi. 1971-ci ildə o 365 GT4 ilə əvəz edildi.
1968-ci ildə "Ferrari", əfsanəvi Daytona-nı və ya 352 at gücünə sahib, 4,4 litrlik V şəkilli 12 silindrli 282 km/saat sürət yığan öndə yerləşdirilmiş mühərrikə malik 365 GTB/4-ü buraxır.
1970 – 1990
1970-ci illərin əvvəllərində Kommendatorenin mərhum oğlunun şərəfinə adlandırılan "Dino" modeli yaranır, FIAT istehsalı olan mərkəzdə yerləşmiş mühərriki - V şəkilli 6 silindrli; model 8 silindrli versiyada da istehsal edilib, lakin 6 silindrli model klassik hesab olunur. Bir vaxtlar "Dino" əslində ayrı bir marka idi. "Dino-206 GT" avtomobili 1967-ci ildən etibarən V6 mühərriki ilə (1987 kub/sm 180 at gücü 8000 dövr/dəqiqədə; 1969-cu ildən etibarən - "246 GT" -2418 kub/sm, 195 at gücü 7600 dövr/dəqiqədə) buraxılıb. Məhz eyni, "Ferrari" mühərrikləri üçün qeyri-ənənəvi olan idman "Fiat Dino" modeli üzərində dayandı.
"Testarossa"da 512 BB yarış modelinin üfüqi 12 silindrli Boxer mühərrikini quraşdıraraq, şirkət həm yarış idmançılarının, həm də "ulduz" müştərilərin ən tələbkar tələblərinə cavab verən kütləvi ağır maşın yaratdı. Parlaq, cazibədar "Pininfarin" dizaynı reklam ruhunun zərifliyini daşıyırdı və onun yaradıcısı nəinki xarici effekt əldə etməmişdir: yan qabırğavari hava girişləri, 512 BB-nin ön radiatorunu  əvəz edən yan radiatorlarla hava verməyə xidmət edirdi. Modelin texniki göstəriciləri də mükəmməl idi: gücü 390 at gücünə çatan, hər silindrində dörd klapan, maksimal sürəti 274 km/saat olan beş litrlik Testarossa mühərriki.
1987-ci ildə şirkətin qurucusu Entso Ferrari özü "şirkətin mövcud olduğu illərdəki səylərinin cəmi" olaraq təyin olunan F40 modelini hazırlayan konstruktorlar kollektivinə rəhbərlik etmişdir. F40, 1984-cü ildən olan GTO-dan qaynaqlanır və ilk baxışdan Ferrari 308 GTB ilə çox oxşar cəhətlərə malikdir, lakin əhəmiyyətli texniki yeniliklərə malikdir: turboüfürücü, boru çərçivəsinə quraşdırılmış uzunsov (daha çox eninə) tənzimlənmiş V şəkilli 8 silindrli mühərrik, Kevlardən olan gücləndirilmiş panellər, super gücü 478 at gücü - bu ondan xəbər verir ki, yalnız konfiqurasiya əvvəlki tək qalıb. Bu supermodelin gövdəsi karbon lifindən və Kevlardan hazırlanmışdır, darısqal daxili hissəsi avtomobilin idman mahiyyətinə tam uyğundur: oturacaqları tənzimləmə mexanizmi belə yoxdur. Təəccüblü texniki xüsusiyyətlər və rahatlıq yoxdur - bu 1118 kiloqram Ferrari F40-ın şüarıdır: sərt asqı yol kələ-kötürünü udmadı, sükan hər çuxura cavab verdi, möhtəşəm mühərrik isə sonsuz güc göstərdi. Tələbkar, qarşısıalınmaz enerjili və cəlbedici - şirkətin qurucusunun son məhsulu idi.
1969-cu ildən bəri FIAT tərəfindən idarə olunan və 1989-cu ildən nəhayət korporasiyaya verilən "Ferrari" şirkətinin avtomobilləri dünyanın ən bahalısı kimi tanınır. Onların hər biri - əfsanədir.
1990 – 2000
1992-ci ilin payızında Parisdə 456 GT/GTA klassik yığımda, yüksək güclü arxa ötürücülü idman kupesi işıq üzü gördü. Dizayn - Pininfarina. GTA - mart 1996 (Cenevrə). ASR, müasirləşdirilmiş ban, asqı və salon (4 yer) - mart 1998, Cenevrə.
1994-cü ilin may ayında 348 GTB/GTS-in varisi olan F355 meydana gəldi. Şirkətin ən ucuz və məhşur modelidir. Dizayn - Pininfarina. 1995-ci ilin yazında "Spider" peyda oldu - kabriolet. Berlinetta - kupe, GTS - çıxarıla bilən sərt damlı kupe, F1 - yarış avtomobili kimi transmissiyaya nəzarət. İstehsalın dayandırılması Berlinetta/Targa - 1997-ci ilin yayı.
Testarossa/512-in varisi 550 Maranello, 456 GT-yə əsaslanır. Dizayn - Pininfarina. Debüt - 20 iyul 1996-cı il. 360 Modena modeli - F355 Berlinettanın varisidir. Dizayn - Pininfarina. 1999-cu ilin mart ayında Cenevrədə təqdimatı baş tutdu. Satışın başlanğıcı - 1999-cu ilin yayı.
2000 – ci İLDƏN BƏRİ
Məşhur konstruktorun şərəfinə, xüsusi Ferrari Enzo modelinin meydana gəlməsi avtomobil dünyasına Formula 1-də görkəmli uğurları ilə inandırıcı şəkildə təsdiqlənmiş Ferrari konstruktor məktəbini xatırlatmaq məqsədi daşıyır. İki nəfərlik idman avtomobili 6 litrlik 12 silindrli mühərrik və 660 at gücü ilə təchiz edilmişdir. 100 km/saat sürətlənmə cəmi 3,65 saniyədir. "Enzo Ferrari"nin maksimal sürəti - 350 km/saatdır. Avtomobilin dizaynı məşhur Pininfarina ban atelyesi tərəfindən hazırlanmışdır. "Enzo Ferrari" modeli Formula 1 avtomobillərinin xüsusiyyətlərini özündə cəmləşdirir - sürüşkən ban və dar salon. Qapılar yuxarı açılır. Bütün ən vacib nəzarət funksiyaları, ötürücü dəyişdirmə də daxil olmaqla, sükan çarxına yerləşdirilib. Avtomobil 6 pilləli sürət qutusu ilə təchiz olunmuşdur, ötürücü dəyişdirmə sükandakı xüsusi düymələrdən istifadə olunur. Cəmi 399 avtomobil istehsal edildi. Şirkət onları əvvəlcə ən etibarlı və tanınmış müştərilərinə təklif etdi. Avtomobilin qiyməti ən azı 500 min avro idi.
2018-ci ildə Şimali Amerika beynəlxalq avtosalonunda "Ferrari"nin baş direktoru Sercio Markionne, şirkətin elektrik superkarını təqdim edəcəyini açıqladı.


Tərcümə etdi: Natiq Nazimoğlu
Gəncə şəhəri, 2019-cu il

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man