Köhnə "Mercedes-Benz" iclas otağına çevrilib - FOTO

Maraqlı 12 Dekabr 2019 | 13:40
OXUNUB: 2837

Mercedes-Benz şirkəti ilə işləyən Antoni reklam agentliyində qeyri-adi iclas otağı peyda olub. Bu otaq keçən əsrin 80-ci illərində alman markası üçün vacib avtomobillərdən biri sayılan Mercedes-Benz 190 modelinin əsasında yaradılıb.

Qeyri-adi iclas otağı agentliyin ofisində yerləşir və ondan alman markasının nümayəndələrini qəbul etmək üçün istifadə edirlər. Yaşına baxmayaraq, avtomobil çox yaxşı vəziyyətdədir. Layihənin müəllifləri salondakı rahatlığı təmin etmək məqsədi ilə avtomobilin döşəməsini və sağ tərəfdəki qapılarını çıxarıblar.

Qeyri-adi iclas otağının şəkilləri Mercedes-Benz markasının marketinq üzrə direktoru Rob Helloueyin tvitterində dərc edilib. Onun sözlərinə görə, avtomobilin salonundakı kasetli maqnitofon işlək vəziyyətdədir, baqaj bölümündə isə mini-bar yerləşdirlib. Ön oturacaqlar arxadakılara tərəf döndərilib və mərkəzi konsolun bir hissəsi saxlanılıb. Məkanı genişləndirmək üçün sükan və pedallardan imtina edilsə də, salonun qalan hissələri olduğu kimi saxlanılıb. (Autograph)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man