NASA Ayın səthində Hindistanın kosmik aparatının qalıqlarını aşkar edib

Maraqlı 04 Dekabr 2019 | 08:36
OXUNUB: 965

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) "Lunar Reconnaissance Orbiter" (LRO) orbital stansiyası sentyabrda Yerin təbii peykinə endiyi zaman qəzaya uğrayan Hindistanın "Vikram" kosmik aparatının qalıqlarını Ayın səthində aşkar edib. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, agentlik Hindistan kosmik aparatının Ayın səthinə çırpıldığı yerin fotoşəkilini yayıb.

Xatırladaq ki, sentyabrın 7-də Hindistan Ay missiyasını yerinə yetirən özünün "Chandrayaan-2" pilotsuz kosmik gəmisi və "Vikram" aparatı ilə əlaqəni Yerin təbii peykinin səthindən 2 kilometr hündürlükdə itirib. Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) hər ötən saat kosmik aparatın batareyasının tükəndiyini, bir neçə gündən sonra modulun işləməsi üçün heç bir gücünün qalmayacağını bildirmişdi. İndi məlum olub ki, kosmik aparat Ayın səthinə çırpılaraq parçalanıb. O, Yerin təbii peykinə "Praqyan" lunoxodunu çatdırmalı idi. "Chandrayaan-2" pilotsuz kosmik gəmisi isə bu gün də orbitdə fəaliyyətini davam etdirir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man