Kafenin qonaqları ofisiantın probleminə şərik olub ona maşın aldılar

Maraqlı 02 Dekabr 2019 | 10:45
OXUNUB: 1192

Texas ştatının Qalveston şəhərində kafeyə gələn qonaqlar ofisianta maşın hədiyyə ediblər.

“Daily Mail” xəbər verir ki, bu Adrianna Edvards adlı qıza qismət olub.

O hər gün işə çatmaq üçün 22, 5 km piyada qət etməyə məcbur olub. Gününün 5 saatını yola sərf edən xanım özünə maşın almaq istəsə də buna cari xərclər imkan verməyib.

Noyabrın 26-da Edvards kafedə iki nəfərə səhər yeməyi verib. Kişi və qadın təsadüfən onun problemindən xəbər tutublar və bir neçə saatdan sonra kafeyə maşınla qayıdıblar. Cütlük yaxınlıqdakı avtomobil dükanından 2011-ci ilin “Nissan Sentra” maşını alıb onu ofisianta hədiyyə edib.

Qonaqların səxavəti Edvardsı çaş-baş salıb və o indiyə kimə xoşbəxtliyinə inana bilmir. Cütlük isə anonim qalmağı üstün tutub. Onlar qızdan xahiş ediblər ki, o da kiməsə yaxşılıq etsin.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man