Hindistan Aya kosmik missiya göndərdi

Maraqlı 22 İyul 2019 | 19:04
OXUNUB: 4544

Hindistanın Andhra Pradeş ştatındakı "Satiş Dhavan” kosmik mərkəzindən "Çandrayaan-2” kosmik gəmisinin buraxılışı uğurla həyata keçirilib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb.

Planetlərarası stansiyanın buraxılışı avtomatik olaraq "GSLV Mk-III” ağır üç mərhələli raketlərin köməyilə Satiş Cavan adına Kosmik Mərkəzdə baş tutub.

"Çandrrayan-2” missiyası uğurla yekunlaşsa, Hindistan ABŞ, Çin və Sovet İttifaqından sonra Ayın səthinə kosmik aparat göndərən dördüncü ölkə olacaq.

"Çandrayaan-2” kosmik gəmisinin çəkisi 3,8 tondur. O, üç elementdən – Ay orbitçisi, Yerin təbii peykinin səthinə enmək üçün aparat və yürüşçüdən ibarətdir. 

Kosmik gəmi Ayın səthindən yuxarıda 100 kilometrlik məsafədə yerləşəcək və onun missiyası iki ay davam edəcək. Ayın səthinə yollanacaq "Vikram” adlanan aparat gəminin əsas hissəsindən ayrılacaq və Yerin təbii peykinin cənub qütbünə enəcək. "Praqyan” (müdrik) adlanan robot yürüşçü isə hərəkətə başlayacaq və 14 gün müddətində burada mineral və kimyəvi nümunələri götürəcək. Bu nümunələr elmi tədqiqatlar üçün Yerə göndəriləcək. Gələn il isə Ayın orbitində qalacaq kosmik gəmi Yerin təbii peykinin yeni xəritəsini çəkəcək və onun atmosferini tədqiq edəcək.


 

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man