Avstraliyanın “Qantas” aviaşirkətinə məxsus təyyarə tarixin ən uzun məsafəli fasiləsiz uçuşunu həyata keçirib. Avtosfer.az xəbər verir ki, layner İngiltərədən Avstraliyaya 19 saat 19 dəqiqəyə çatıb.
Məlumata görə, “Boeing 787 Dreamliner” Britaniyanın Hitrou aeroportundan havaya qalxıb və 10 ölkə keçərək noyabrın 15-də Sidney şəhərinə çatıb.
Şirkətdən bildiriblər ki, uçuşu qənaət edilmiş yanacaqla hələ 1 saat 45 dəqiqədə davam etdirmək olardı.
Qeyd edilir ki, bu şirkət tərəfindən, uzunmüddətli havada qalan ekipaj və sərnişinlərin vəziyyətlərinin öyrənilməsi üçün yönəldilmiş planlı 3 uçuşdan ikincisidir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man