Alimlər Süd Yolu qalaktikasında kiçik qara dəlik aşkar ediblər

Maraqlı 03 Noyabr 2019 | 09:45
OXUNUB: 1121

Alimlər Süd Yolu qalaktikasının ətrafındakı nəhəng ulduzlardan birini müşahidə edərkən kiçik qara dəlik tapıblar. Onların apardıqları tədqiqatın icmalı "Science" elmi jurnalında dərc olunub.

Avtosfer.az Azərtac-a istinadən bildirir ki, tədqiqatla bağlı hesabatın müəlliflərindən biri olan ABŞ-ın Ohayo Universitetinin astrofiziki Todd Tompson bildirib ki, yeni kəşf bizim qalaktikada əvvəllər astronomlara məlum olmayan kiçikhəcmli qara dəliklərin olduğunu sübut edib. Onun sözlərinə görə, kiçik qara dəliyin aşkar edilməsi bu cür obyektlərin quruluşu və yaranması, habelə təkamülünü daha yaxşı öyrənməyə imkan verəcək.

Astronomların müşahidələri göstərib ki, neytron ulduzlar şəklində fırlanan pulsarlar və ən yüngül qara dəliklər arasında özünəməxsus "uçurum" mövcuddur. Başqa sözlərlə, orta həcmli ulduz nədənsə çox nadir hallarda qara dəliyə çevrilir və alimlər bizi əhatə edən Kainatda bir dənə də olsun bu cür obyekt aşkar etməyiblər. Bu fakt astrofizikləri vadar edib ki, onlar nəhəng və orta ulduzların məhv olması prosesini yenidən nəzərdən keçirsinlər və onun qara dəliklərin, habelə neytron ulduzların yaranmasına təsirini aydınlaşdırsınlar. Yeni qara dəliyin tapılmasının məhz bu suallara cavab verməkdə faydalı olacağına inanılır.

Kiçik qara dəliyin ilk əlamətləri bu ilin sentyabrında LIGO və VIRGO qravitasiya rəsədxanalarının naməlum siqnallar qəbul etməsi ilə aşkar olunub. Həmin siqnallar Xərçəng bürcündə yerləşən və Yerdən 1,6 milyard işıq ili aralıda olan uzaq qalaktikadan gəlib. Bu əlamətləri araşdıran Tompson və həmkarları daha yaxında olan, hətta yerüstü və kosmik rəsədxanaların da görə biləcəkləri yaxın kosmik obyekti kəşf ediblər. Daha bir maraqlı fakt aşkar edilib: əgər qara dəlik kosmosda tənha deyil, bir və ya bir neçə ulduzun əhatəsində yerləşirsə, onun cazibə qüvvəsi "sayrışan" parlaq işıq spektri yaradır. Məhz bu səbəbdən onlar Yer kürəsində görünür və ani yox olur. Alimlər on mindən çox ulduzu əhatə edən bu müşahidələri qalaktikamızın təkamülünü öyrənən APOGEE layihəsi çərçivəsində aparıblar. Ulduzların infraqırmızı diapazonda parlaq işıqlarının təhlili onların ölçüləri və çəkiləri barədə məlumat əldə etməyə imkan verib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man