Roza Zərgərlinin udduğu avtomobil kimə veriləcək?

Maraqlı 05 Oktyabr 2019 | 00:42
OXUNUB: 1113

Müğənni Roza Zərgərlinin avtomobil məsələsi indiyə kimi müzakirə predmetidir. Mən bu məsələ ilə bağlı olduqca mühüm və vacib məlumat vermək istəyirəm. Hələ də Rozanın qazandığı avtomobil heç kimə verilməyib.

Bu sözləri “Maşın” şounun aparıcısı, Xalq artisti Murad Dadaşov canlı efirdə səsləndirib.

O bildirib ki, yaxın günlərdə avtomobil yeni sahibini tapacaq:

“Şərt ondan ibarət idi ki, bir il ərzində bu avtomobil toxunulmaz statusu daşıyırdı. Bu vaxt artıq bitdi. Burada bir anons vermək istəyirəm. Məsələnin həlli yolunu tapmışıq. Rozanın iştirakı ilə maraqlı bir addım atacağıq. Odur ki “Maşın”ı izləməkdə davam edin”.

Qeyd edək ki, “Maşın” şounun “Xanımlar və cənablar 2” sürətinin qalibi müğənni Roza Zərgərli olub. O, avtomobili udsa da, şounun sonunda maşının açarlarını geri qaytarıb və uduşundan imtina edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man