“Maşın”da növbəti gün yekunlaşdı - Fatma Mahmudovadan gözlənilməz qərar - FOTO

Maraqlı 05 Oktyabr 2019 | 00:03
OXUNUB: 1227

“Maşın” realiti şousunun “Maskarad” adlı sürətinin daha bir qalmaqallı və mübarizə dolu gecəsinə start verilib.

Avtosfer.Az oxu.az-a istinadən xəbər verir ki, 16 məşhur dəyəri 50 min manat olan “Opel INSIGNIA” markalı avtomobil uğrunda qızğın döyüşə başlayıblar.

Öncə iştirakçıların səsverməsinin nəticələri açıqlanıb.

Daha sonra verlişin aparıcısı, Xalq artisti Murad Dadaşov repçi Qurdu tribunaya çağırıb.

Qurdla bağlı videosüjet efirə gedib. Həmin videomaterialda görünür ki, Qurd bir əlini Aqşin Fatehin əlinin üstünə, digərini isə maşının üstünə qoyub.

Amma anidən o avtomobildən əlini götürüb. Qayda pozuntusuna yol verən repçi şoudan uzaqlaşdırılıb.

Qurddan sonra xalq artisti Bilal Əliyev də əlini avtomobildən çəkərək, şoudan öz istəyi ilə ayrılıb.

O, addımını bu cür şərh edib: Atam dedi ki, maşından çıxırsan, evə getmirsən, düz gəlirsən mənim yanıma, kəndə”.

Beləcə, bir gündə şounu iki məşhur iştirakçı tərk edib.

Hazırda isə 14 məşhur şouda mübarizəni davam etdirir. Bir neçə dəqiqədən sonra onların səsverməsi nəticəsində bir nəfər tribunaya çıxaraq, tamaşaçılardan şouda “qalması” üçün səs istəyəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man