ABŞ donanması UNO videolarının real olduğunu təsdiqlədi - VİDEO

Maraqlı 19 Sentyabr 2019 | 20:56
OXUNUB: 3115

ABŞ Hərbi Donanması ilk dəfə olaraq internetdə yayılan və UNO-ya aid olduğu iddia edilən videoların real olduğunu qəbul edib. Donanmanın mətbuat katibi məxfiliyi ləğv edilmiş üç hərbi videoda çox sürətlə hərəkət edən bu cisimlərin UNO olduğu deyib.

ABŞ-ın “To The Stars Academy of Arts & Sciences” özəl araşdırma şirkəti tərəfindən 2017-ci ilin dekabr və 2018-ci ilin mart tarixləri arasında yayımlanan bu görüntülərdə xüsusi sensorlarla müəyyən edilən cisimlər görünür.

2004-cü ildə lentə alınan bir videoda isə sensorlar bir hədəfə kilidlənir. Amma hədəfdəki cisim sürətlə ekrandan itir və sonra bir daha görünmür.

Avtosfer.az Oxu.az-a istinadən xəbərinə əsasən, 2015-ci ildə çəkilən iki videoda isə gördükləri cisimlərin nə olduğunu anlamağa çalışan hərbi qırıcıların pilotlarının səs yazısı var.

“Bu bir drondur, dostum. Aman Allah, küləyin əksinə hərəkət edirlər. Buna bax”, - deyə pilotlardan biri digərinə deyir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man