ABŞ-da "qalmaqal" avtomobillərinə tələbat artıb

Maraqlı 15 Sentyabr 2019 | 23:02
OXUNUB: 1207

Amerikan bazarında maraqlı vəziyyət qeydə alınıb. Əvvəllər dizel qalmaqalı üzündən sahiblərindən geri alınmış avtomobillərə olan tələbat ciddi şəkildə artıb. The New York Times nəşrinin jurnalistləri araşdırma apararaq, dilerlərdən TDI mühərrikləri ilə təchiz edilmiş avtomobillərə olan tələbatın yüksəlməsi səbəbini soruşublar.

Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, İndiana ştatında yerləşən Vorderman Volkswagen avtosalonunun direktoru Çad Probstın sözlərinə görə, onun menecerləri artıq minə yaxın avtomobili satıblar. Onun bildirdiyinə görə, dizel avtomobillərinin aylıq satış həcmi 50-60 ədəd təşkil edir. Özü də, alıcılar başqa ştatlardan məqsədyönlü şəkildə gələrək dizel modellərini alırlar və digər avtomobillərə nəzər belə salmırlar.

Bu günə qədər geri alınmış 380 min avtomobildən 310 min ədədi satılıb. Yüksək tələbat bir neçə faktla bağlıdır: birincisi, yanacağa qənaət, ikincisi  - hökumət orqanlarının tələbi ilə VW tərəfindən verilən dörd illik zəmanət, üçüncüsü isə, dizel avtomobillərinin bazarda təklif edilməməsidir. Dizel avtomobillərinin qiymətinin aşağı olması da tələbatın artmasında xüsusi rol oynayır.  Məsələn, 2015-ci ilin Golf TDI modelini 11,5-12 min dollara almaq olar.

Volkswagen sahiblərindən geri alınmış dizel avtomobillərini boş stadion və parkinqlərdə toplayıb. Sonra isə, onları təmir edərək, hərracda satmağa üstünlük verib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man