Volkswagen Teslanı almaq istəyib

Maraqlı 15 Sentyabr 2019 | 23:01
OXUNUB: 1026

Almaniyanın Volkswagen avtomobil istehsalçısı Amerikanın Tesla elektrik avtomobilləri istehsalçısını almaq imkanını əldən verib. Deutsche Welle xəbər verir ki, bunu Volkswagen-in sahibkarlarından biri Wolfgang Porsche bildirib. "Həmişə hər şey barədə düşünmək lazımdır"- deyə, o, Frankfurt Beynəlxalq avtosalonunda bildirib.

Avtosfer.Az bizplus.az-a istinadən bildirir ki, məsələ, Volkswagen-in Teslanı ələ keçirməklə və ya onun kapitalında payı olmaqla elektrik avtomobillər istehsalında dünya lideri olmaq istəyi ilə bağlı gedən söz-söhbətlər fonunda qaldırılıb. Bu məlumatı üç həftə əvvəl Manager Magazin iqtisadi jurnalı konserinin adı açıqlanmayan top-menecerinə istinadən bildirib.

Onun sözlərinə görə, Volkswagen-in rəhbəri Herbert Diess tez bir zamanda Tesla-ya yatırım etmək istəyərdi, amma o konsernin əsas səhmdarlarını və Porsche ailəsini alışın məqsədəuyğun olduğuna inandıra bilməyəcək. Materialda deyilib ki, Volkswagen-in sahibkarı səhmlərə çox yüksək qiymət qoymur. Teslanın alışı hal-hazırda 30 milyard dollara başa gələ bilər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man