Tailandda itmiş it 4 il sahiblərinin yolunu gözləyib - VİDEO

Maraqlı 14 Sentyabr 2019 | 09:18
OXUNUB: 907

Tailandda yanacaqdoldurma məntəqəsində itmiş it dörd il sahiblərinin yolunu gözləyib. Bütün bu illər ərzində heyvan həmin ərazidəki yolun kənarında dolaşıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "Report" "AsiaOne" portalına istinadən xəbər verir.

Portalın məlumatına görə, sakinlərdən biri evsiz və arıqlamış heyvanı görüb və onu yedirtməyə başlayıb. Qadın itə öz evində sığınacaq verməyə çalışıb, ancaq heyvan hər dəfə sahibini itirdiyi yolun kənarına qayıdıb və sahibini gözləməyə davam edib.

Tailandlılar itə sahibini tapmağa kömək etməyə qərar veriblər və sosial şəbəkələrdə onun fotolarını paylaşıblar. Tezliklə bir ailə onlarla əlaqə saxlayıb və itki haqqında köhnə elanı onlara göndərib.

İtin sahibi bildirib ki, dörd il əvvəl o, həmin ərazidə yaşayan qohumlarına baş çəkməyə gedib. Lakin avtomobilinə yanacaq dolduranda it yoxa çıxıb. Kişi güman edib ki, it nə iləsə maraqlanıb və avtomobilin salonundan tullanıb.

Bu halda qeyd edilir ki, ailə yerli yolları dəfələrlə gəzib, amma heyvanı tapa bilməyib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man