McLaren spidsterinə sifarişlərin qəbulu başlanıb

Maraqlı 02 Sentyabr 2019 | 07:49
OXUNUB: 987

McLaren şirkəti Ultimate Series xəttində ikiyerli spisterin peyda olacağını bəyan edib. Spidster 399 nüsxəli tirajla buraxılacaq və ümumi istifadə yollarında avtomobili idarə etməkdən həzz almaq istəyən müştərilərə ünvanlanacaqdır.

Açıq kokpitə və yerə yatmış siluetə malik olan avtomobil, Senna və Speedtail modelləri daxil olan Ultimate Series top-xəttinin tərkib hissəsi olacaqdır. Superkar  "idarəetmədən həyəcanverici həzzi" ön plana çəkəcəkdir. Spidsterin kuzovu britaniya markasının firma üslubunun daha estetik formasına malik olacaqdır. McLaren spidsterinin ideoloji bənzəri Ferrari 812 Superfast modelinin bazasında inşa edilmiş Ferrari Monza SP2 spidsteridir.

Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, spidsterin əsasını kompozit arxitektura təşkil edəcəkdir. Yeni arxitektura sayəsində spidster McLaren şirkətinin tarixindəki ən yüngül avtomobil olacaqdır. Spidster 800 at qüvvəsi və 800 Nm hasil edən 4,0-litrlik V8 biturbomühərriki ilə hərəkətə gələcəkdir. Modelin qiyməti 750 min funt sterlinqin üzərində olacaqdır. 2020-ci ildə işıq üzü görəcək spidsterə sifərişlər Pebbl-Biçdəki Zəriflik müsabiqəsində qəbul ediləcəkdir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man