Dostunun “Skoda”sını zibilliyə atmaq istədi, 160 MANAT CƏRİMƏLƏNDİ - FOTO

Maraqlı 01 Sentyabr 2019 | 08:07
OXUNUB: 1750

Böyük Britaniyada avtomobilinin üstündə maşın daşıyan sürücü cərimə olunub. Avtosfer.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, Qlindur Vin Riçardas adlı vətəndaş “Volkswagen” markalı avtomobilinin damında əzilmiş “Skoda”nı Uelsin qərbində yerləşən dəmir tullantıları olan zibilliyə aparan zaman, yolda polis əməkdaşları tərəfindən saxlanılıb. Riçardasın bildirdiyinə görə, o, dostuna köhnə nəqliyyat vasitəsindən qurtulmaqdan ötrü kömək edib.

O, belə bir daşıma üsulunun ətrafdakı sürücülər üçün təhlükə yaratdığını boynuna alıb.

Bununla yanaşı Riçardas, “Skoda”nı avtomobilin damına yaxşı bağladığını və onun düşmə təhlükəsinin olmadığını bildirib. Amma Riçardas, bunun axmaqlıq olduğunu etiraf edib.

Beləliklə o, bu vəziyyətdə saatda 80 kilometr sürətlə azı 200 metr irəlilədiyini söyləyib.

Polis müəyyənləşdirib ki, digər avtomobillərin təhlükəsizliyini təmin etmək üçün “Volkswagen”i bir furqon da müşayiət edib.

Nəticədə Riçardas 80 funt-sterlinq (165 manat) cərimə olunub.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man