Vəziyyət yenə qarışacaq: Ərdoğan "Su-35" və "Su-57" təyyarələrinə göz dikib

Maraqlı 29 Avqust 2019 | 21:49
OXUNUB: 998

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinin Amerika istehsalı olan "F-35" qırıcılarının əvəzinə Rusiyadan "Su-35" və "Su-57" döyüş təyyarələrini alacağı ehtimalını istisna etməyib, "NTV" telekanalı bildirir.   

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, avqustun 27-də Türkiyə lideri rusiyalı həmkarı Vladimir Putinlə birlikdə Jukovski hava limanında keçirilən "MAKS-2019" aviakosmik sərgisinə baş çəkib. Tədbir zamanı Ərdoğan Rusiya istehsalı olan hərbi təyyarələri baxışdan keçirib.

"Niyə də olmasın? Bura boşu-boşuna gəlməmişik ki. ABŞ-ın ("F-35" ilə bağlı - red.) son qərarını öyrənəndən sonra öz addımlarımızı atacağıq. ... Özümüzü lazım olan şeylərlə təmin etməyə imkan verən bazar böyükdür" - Ərdoğan deyib.

Qeyd edək ki, bir müddət öncə Türkiyənin Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini almasına cavab olaraq Vaşinqton Ankaranı "F-35" proqramından çıxarıb.

Avqustun 28-də Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev bildirdib ki, Türkiyə "Su-35" və "Su-57" təyyarələrinə maraq göstərib.

Rusiyanın çoxməqsədli "4++" nəslinə aid "Su-35" qırıcısı Çinə tədarük olunur. Yaxın günlərdə bu təyyarənin İndoneziya, Hindistan və Malayziyaya da tədarükü başlayacaq.

"Su-57" isə beşinci nəslə aid ən yeni döyüş təyyarəsidir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man