Türkiyə Su-57 təyyarələrinin alınması məsələsini Rusiya ilə müzakirə edib

Maraqlı 29 Avqust 2019 | 15:26
OXUNUB: 1078

Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir Moskvada Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şugayevlə görüşüb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi heyətlə birgə Rusiyaya səfər edən İsmayıl Dəmir geri dönməyib. Hazırda o, Rusiyada müdafiə sənayesinin ən son texnologiyaları ilə maraqlanır. Həmçinin S-400 ilə əlaqədar Türkiyə hərbçilərinin təlimlər alması və Su-57 döyüş təyyarələri ilə bağlı tərəflər arasında müzakirələr aparılır.

Dmitri Şuqayev İsmayıl Dəmirlə görüşü ilə bağlı açıqlama verərək bildirib ki, türk həmkarı ilə öncə S-400, sonra isə SU-35 və ya SU-57 təyyarələrinin Türkiyəyə satıla biləcəyi ilə əlaqədar məsələlər müzakirə olunub.

Qeyd edək ki, bu təyyarələr texniki xüsusiyyətlərinə görə, fərqli üstünlüklərə malikdir. Su-57 saatda maksimum 2600 kilometr sürətlə, Su-35 isə saatda 931 kilometr sürətlə uçur. Su-57-nin uşuş müddəti 5.8 saat, F-35-in isə 2 saat 36 dəqiqədir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın F-35 təyyarələrinin əvəzinə Rusiya istehsalı olan Su-35 və Su-57 döyüş təyyarələrinin alınacağını istisna etməyib.

O bu barədə qərarın ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra veriləcəyini bildirib. Artıq dünən iki prezident arasında telefon danışığı olub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man