Alimlər yumurta qabığından ehtiyat hissələri hazırlayıblar

Maraqlı 13 Avqust 2019 | 22:38
OXUNUB: 1110

Ohayo universitetinin tədqiqatçıları qida tullantılarının avtomobil detallarının istehsalında əvəzolunmaz komponentlərdən biri olduğunu hesab edirlər. Alimlər xırdalanmış pomidor və yumurta qabığının asqı elementlərinin, mühərrik dayağının, şin və rezin boruların istehsalında istifadə etmək üçün kifayət qədər möhkəm olduğunu bildiriblər.

Amerikalı kimyaçılar pomidor və yumurta qabığının texniki karbonu əvəz edə biləcəyini müəyyən ediblər. Karbonun rezin və plastmasın istehsalında əsəs elementin olduğu məlumdur. Karbonun əsasən ağır neft məhsullarının yandırılması zamanı alındığını nəzərə alsaq, adətən zibilliyə atılan bioloji kütlənin istifadəsinin həm gəlirlilik, həm də ekoloji cəhətdən daha sərfəli olacağını söyləmək gərəkdir.

Artıq Ohayo universitetinin alimləri qida tullantılarından hazırlanmış avtomobil komponentlərinin sınaqlarına başlayıblar. Alimlərin qarşısında duran əsas məsələ ekoloji cəhətdən təmiz detalların etibarlılığının kauçuk və küldən hazırlanan ənənəvi detallardan geri qalmamasını təmin etməkdir.(autograph.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man