Həvəskar astronom Yupiterin atmosferinə daxil olan asteroidi qeydə alıb

Maraqlı 11 Avqust 2019 | 09:45
OXUNUB: 1298

Həvəskar astronom Yupiterin atmosferinə daxil olan asteroidi qeydə alıb. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, həvəskar astronom Etan Çeppel həmin planetin Cənub ekvatorial qütbü rayonunda parlaq işığın fotoşəkilini çəkə bilib. O, nəhəng planetin diskinin aşağı-sağ hissəsində kiçik işıq nöqtəsinin olduğu bu görüntünü öz saytında yerləşdirib. Fotoşəkil ABŞ-ın şərq sahillərində çəkilib. Astronomlar bu fotoşəkili təhlil edərək bildiriblər ki, çox güclü qravitasiya sahəsinə malik olan Yupiterin səthi tez-tez meteorit yağışına məruz qalır. Onların qənaətinə görə, 5-20 metr arasında diametri olan göy cisimləri ayda beş dəfə bu planetin atmosferinə daxil olur, lakin bu hadisənin fotoşəkilini çəkmək olduqca çətindir. Yupiter Günəş sisteminin ən böyük planetidir və ondan 778 milyon kilometr uzaqlıqda yerləşir. Bu planetin ağırlığı Günəş sisteminin bütün planetlərinin çəkisindən iki dəfə yarım çoxdur. Məlumdur ki, Yupiter Yer kürəsindən 317 dəfə daha ağırdır. Planetin xarici atmosfer qatı iki əsas komponentdən - hidrogen və heliumdan ibarətdir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man