Xərçəng olsa da, 91 yaşında dünyanı gəzir - FOTOLAR

Maraqlı 08 Avqust 2019 | 01:45
OXUNUB: 1118

Bu il 91 yaşını qeyd edən Norma ABŞ-ın Miçiqan ştatındandır. Ancaq o, özünü 19 yaşındakı gənc qız kimi gümrah və xoşbəxt hiss edir. Buna səbəb isə dünya səyahətinə çıxmasıdır. “Qafqazinfo” xəbər verir ki, əri vəfat etdikdən 2 gün sonra Normada xərçəng xəstəliyi aşkarlanıb. Qarşısında iki seçim var idi: ömrünün sonuna kimi müalicə alaraq xəstəxana divarlarını seyr etmək, ya da ailəsinə qoşulub müddətsiz dünya səyahətinə çıxmaq. O, ikinci variantı seçdi:   “Uzun yaşamaq yox, xoşbəxt yaşamaq lazımdır”. 

Və beləliklə Norma üçün həyatında yeni bir mərhələ başlayır. 91 yaşlı qadın üçün səyahət elə də asan olmasa da, ailəsinin dəstəyi ilə o, bu işin öhdəsindən gələ bilir. Gəzgin həyatını sevən oğlu və gəlininə qoşulan qoca ən çox itləri Rinqo ilə vaxt keçirməyi sevir. O, sevimli yol yoldaşı ilə olan fotolarını və səyahətlərindən maraqlı xatirələrini sosial şəbəkədə paylaşır. Artıq “Driving Miss Norma” səhifəsinin 500 mindən çox izləyicisi var.








Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man