Bir salxım üzüm 11 min dollara satılıb

Maraqlı 09 İyul 2019 | 16:16
OXUNUB: 1036

Yaponiyanın İşikava prefekturasındakı hərraclarda “Ruby Roman” (“Roma yaqutu”) növündən olan bir salxım üzüm 1,2 milyon yenə (təqribən 11 min dollar) satılıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Həmin salxımı alan Yaponiya mehmanxanlar şəbəkəsi menecerinin sözlərini sitat gətirən agentlik yazır: “Biz “Ruby Roman” üzüm növünün bazara çıxarılmasının 12-ci ildönümü ilə əlaqədar 1,2 milyon yen təklif etdik”.

Agentliyin bildirdiyinə görə, cari il sentyabrın sonlarınadək həmin növdən olan 26 min üzüm salxımının satılacağı gözlənilir. “Ruby Roman” dünyada ən bahalı üzüm növü hesab edilir. Yapon seleksiyaçılar həmin üzüm növünü 1994-cü ildə əldə etsələr də, o, yalnız 2008-ci ildə satışa çıxarılıb. Bu üzüm növü yaqut rəngi ilə seçilən, iri və şirləi çox dadlı meyvələrə malikdir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man