Rusiya Ayın tədqiqində süni intellektli robotlardan istifadə edəcək

Maraqlı 03 İyul 2019 | 21:46
OXUNUB: 795

Rusiya Ayın tədqiqində süni intellektli robotlardan istifadə edəcək.

 

Avtosfer.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə TASS informasiya agentliyinə "Roskosmos" dövlət korporasiyasının mətbuat xidmətindən bildiriblər.

Dövlət korporasiyasının nümayəndəsi qeyd edib ki, "Ayın tədqiqi proqramında insanın iştirakı avtomatik kosmik aparatların və süni intellektli robotların istifadəsi ilə paralel şəkildə aparılacaq". Robot sistemləri Yerin təbii peykinin tədqiqi zamanı insan sağlamlığı üçün təhlükəli risklərin minimuma endirilməsi və xərclərin azaldılması məqsədilə tətbiq ediləcək. Bunun üçün Rusiyanın dövlət korporasiyasının elmi tədqiqat institutu tərəfindən Ayın tədqiqi üzrə konsepsiya hazırlanıb və bütün işlər bu çərçivədə həyata keçiriləcək.

2018-ci ilin sonunda Rusiya Elmlər Akademiyasının Kosmos Şurası milli kosmik proqram üzrə konsepsiyanı təsdiqləyib, lakin ona əlavələr edilməsinin zəruriliyini qeyd edib. "Roskomos"dan bildiriblər ki, bu proqram 2040-cı ilədək bir neçə mərhələdə həyata keçiriləcək. Dövlət korporasiyasının baş direktoru Dmitri Roqozinin müvafiq təqdimatında qeyd edilir ki, rusiyalı kosmonavtlar Ayın səthinə ilk dəfə 2030-cu ildə enəcəklər. Bu vaxtadək Yerin təbii peykinə avtomatik aparatlar, o cümlədən "Luna-25" zondunun göndərilməsi nəzərdə tutulur. Rusiya alimləri Ayın cənub qütbünü tədqiq edəcəklər. 2023-cü ildə isə "Luna-Resurs-1" kosmik aparatının Ayın orbitinə göndərilməsi planlaşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man