Rusiyanın Tuva bölgəsində dəhşətli hadisə baş verib. Avtosfer.az “EADaily” saytına istinadən xəbər verir ki, Aleksandr adlı kişi ayının hücumuna məruz qalıb. Ayı onun onurğasını sındırıb və yuvasına aparıb. Ayı kişini hissələrə ayırıb yemək istəyirmiş. Lakin möcüzə nəticəsində ayının əlindən çıxan Aleksandr yuvada gizlənib. Ovçuların itləri ayının mağarası yaxınlığından keçərkən hürüşməyə başlayıblar. Ovçular mağaraya giriblər və dəhşətli mənzərə ilə rastlaşıblar.
Onlar Aleksandrı ağır vəziyyətdə tapıblar və onu xəstəxanaya yerləşdiriblər. Aleksandr bildirib ki, ayının yuvasında 1 aydan çoxdur qalıb.
Hazırda həkimlər Aleksandra tibbi yardım göstərirlər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man