Hindistan və Pakistan arasında qarşıdurma davam edir. Əslində iki ölkə arasında baş verən münaqişənin tarixi çox uzundur. Son günlər iki ölkə arasında ciddi qarşıdurmaların daha da artması yeni dünya savaşının başlanğıcı kimi dəyərləndirirlər.
Müharibə olacaqmı? Ekspertlər indi də hər iki ölkənin gücünü araşdırır, ölkələrin silah ehtiyyatını dəqiqləşdirirlər. O zaman hansı ölkə silah arsenalına görə öndədir. Sfera.az saytı hər iki ölkənin silah arsenalı haqqında araşdırmanı təqdim edir.
Hindistan Silahlı Qüvvələri
Beynəlxalq Strateji Araşdırmalar İnstitutu tərəfindən hazırlanan "Hərbi balans-2018" illik bülleteninə əsasən, Hindistanda Silahlı Qüvvələrin aktiv tərkibinə 1 milyon 359 min əsgər daxildir (1,2 milyon - ordu, 58 min dəniz, 127 min - Hava Qüvvələri, 9,5 min - Sahil Təhlükəsizlik). Hindistanın 1 milyon 155 min isə ehtiyatda qüvvəsi var. 2017-ci ildə qəbul edilən Hindistanın hərbi doktrinası ABŞ-ın və NATO-nun hərbi doktrinası ilə eynilik təşkil edir.
Müdafiə sahəsində Hindistan əsasən Birləşmiş Ştatlarla əməkdaşlıq edir, əsasən avadanlıq və texnologiyaların təkmilləşdirilməsinə yönəldilmiş proqram çərçivəsində bu əməkdaşlıq davam edir. Hindistan ordusunun 3097 tankı (Hind Arjun, Sovet və Rus T-72 və T-90 modifikasiyaları), 2500 BMP, 336 BTR, 9 684 topçu silahı, 275 helikopteri var. Hind dəniz donanmasında 14 sualtı, 28 döyüş gəmisi, 13 frigata , 108 patrul gəmisi, 10 eniş gəmisi, 31 dəstək gəmisi var. Ölkə Hava Qüvvələrində 849 döyüş təyyarəsi, 62 MiG-29, 117 Jaguar, 561 döyüş bombardmançısı, 339 təlim, 3 kəşfiyyat təyyarəsi və 6 tankeri var. Hava qüvvələrinin tərkibində 19 Mi-35 yerüstü hücum helikopteri, 387 müxtəlif məqsədli helikopteri var.
Pakistan Silahlı Qüvvələri
Pakistan silahlı qüvvələrinin 653,8 min əsgər və zabiti var.
Çin Pakistanın əsas müttəfiqi sayılır. Pakistan ordusu 2,461 tank, 1 605 zirehli transpartyor ,4 472 artilleriya silahı, 243 helikopterdən ibarətdir. Pakistan Hərbi Hava Qüvvələri 425 döyüş təyyarəsindən, o cümlədən 153 döyüş ,10 kəşfiyyat, 35 təlim təyyarəsindən ibarətdir.
Göründüyü kimi silah baxımından daha güclü Hindistandır. Lakin hərbi ekspertlər hesab edir ki, Pakistan hərbi güc baxımından zəif hesab etmək olmaz. Çünki Pakistan ordusu daha nüasir və formalaşdırılmış orduya malikdir. Yəni əsas say çoxluğu deyil peşəkarlıqdır.