Dünyanın ən bahalı avtomobil QƏZASI: 13,4 milyon manat + FOTO

Maraqlı 26 Noyabr 2024 | 12:43
OXUNUB: 1917

Avstriyadan İsveçrəyə gedən “Pfunds” dağı yolunda dünyanın ən bahalı avtomobil qəzası baş verib. 


Sfera.az xəbər verir ki, qəza zamanı “Ferrari La Ferrari”, “Ferrari 812 Superfast”, “McLaren Elva” və “Bentley Continental GTC” modellərinə aid avtomobillər toqquşub. 


Bu avtomobillərin ümumi dəyəri 7 milyon İsveçrə frankdır (13,4 milyon manat). Qəza zamanı avtomobillərə dəyən ziyanın 1,8 milyon İsveçrə frankı (3,44 milyon manat) olduğu bildirilir. 


Zədələnən avtomobillər içərisində ən bahalısı dəyəri 4 milyon İsveçrə frankı (7,65 milyon manat) olan “Ferrari La Ferrari”dir . Bu avtomobillərdən yalnız 499 nümunə var. 


“McLaren Elva” da bahalı avtomobildir. Onun qiyməti 1,7 milyon frank, yəni 3,3 milyon manatdır. 


Vasif

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man