Səudiyyə Ərəbistanında NEOM meqapolisində (Gələcəyin şəhəri) ilk tamamlanan layihə Sindalah olub.
Sfera.az xəbər verir ki, Qırmızı dənizdə NEOM sahilindən beş kilometr aralıda yerləşən “lüks ada kurortu” dəvət olunmuş qonaqların üzünə açılıb.
"NEOM Sindalahın açılışı Krallıqda lüks turizmin yeni dövrünü dəstəkləyəcək. Qırmızı dənizə açılan qapı olan bu əlamətdar layihənin reallaşdırılması Əlahəzrət Məhəmməd bin Salmanın uzaqgörən rəhbərliyi sayəsində mümkün olub”, - NEOM-un baş direktoru Nadmi Əl-Nasr deyib.
Qeyd edək ki, Sindalah super yaxtaların dizaynı ilə məşhur olan “Luca Dini Design and Architecture” tərəfindən dizayn edilib, 86 çarpayılıq marina və yaxta klubu ətrafında tikilib. Adada italiyan markası Stefano Ricci tərəfindən hazırlanmış interyerləri özündə əks etdirən “Sindalah Yacht Club” da daxil olmaqla otellər, restoranlar və məkanlar mövcuddur. Həmçinin çimərlik və qolf klubu, eləcə də pərakəndə satış məntəqələri və yaxtaların idarə olunması xidmətləri var.Adaya gələn qonaqlar 440 otaq, 88 villa və 200-dən çox xidməti mənzil arasından seçim edə bilərlər.Sindalah 2028-ci ilə qədər gündə 2400 ziyarətçi qəbul etməyi proqnozlaşdırır.
Firuzə Əliyeva
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man