İkinci Dünya Müharibəsi zamanı hətta heyvanların belə qəhrəmanlıq göstərdiyini sübut edən bir hekayə var: qəhrəman it Culiana. Onun hekayəsi göstərir ki, müharibənin xaosunda belə möcüzələr baş verə bilər.
Sfera.az bu yazıda İkinci Dünya Müharibəsi zamanı qeyri-adi bomba zərərləşdirmə üsulu haqqında məlumat təqdim edir.
İkinci Dünya Müharibəsi illərində nasist Almaniyası İngiltərəni davamlı olaraq bombalayırdı. Bu dəhşətli hücumlar zamanı bir çox şəhərlər dağıdılıb, milyonlarla insan evsiz qalıb, minlərlə insan həyatını itirib.
Məhz bu anda Britaniyada yaşayan Danimarkalı it tarixə düşəcək bir hadisəyə imza atıb.
1941-ci ilin aprelində alman yandırıcı bombanın düşdüyü evdə Culiana adlı it yaşayırdı. Bomba Culiananın yaşadığı evin damına düşüb.
Hamı çaxnaşma içində olarkən Culiana sakitcə bombaya doğru addımlayıb və üzərinə idrarını edib. İnanılmaz dərəcədə bu hərəkət yanğının böyüməsinin və dəhşətli fəlakətin qarşısını alıb.
Bu qəhrəmanlığa görə Culiana ilk Mavi Xaç medalına layiq görülən heyvan olub. Üstəlik, Culiana nəinki bombanı söndürüb, həm də üç ildən sonra da qəhrəmanlıq nümunəsi göstərib.
Ev sahibi ayaqqabı mağazası işlədirmiş və mağazada yanğın baş verib. Culiana dərhal sahibini yanğından xəbərdar edib.
Onun xəbərdarlığı sayəsində bütün ailə mağazanın alovundan xilas edilib. Bu hadisədən sonra Culianaya ikinci Mavi Xaç medalı təqdim edilib.
1946-cı ildə isə Ciliana zəhərlənərək ölüb. Zəhər sahiblərinin poçt qutusuna atılıb və Culiana özü də fərqinə varmadan onu yeyib.
Xanım
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man