Dünyaca məşhur nəșr Əzizə xala ilə bağlı məqalə hazırladı - VİDEO

Maraqlı 28 Oktyabr 2024 | 14:48
OXUNUB: 4548

Dünyaca məşhur "Economist' nəșri Qusarın Hil kəndində yașayan, "Youtube"da məşhurlaşan Əzizə Rəmixanova ilə bağlı material hazırlayıb.

 

Sfera.az xəbər verir ki, yazıda 7 milyona yaxın izləyicisi olan "Kənd həyat" yutub kanalının iki milyard baxışa sahib olduğu qeyd olunub.

 

Bildirilib ki, hər buraxılışın müddəti 25 dəqiqədən artıq çəksə də, bu, izləyiciləri heç yormur. Nəşr Əzizə xalaya yazılan müsbət rəylərdən bir neçəsini də yazıda qeyd edib.

 

"Əzizə xanımın təkcə Azərbaycandan deyil, dünyanın bir çox șəhərindən, o cümlədən Londondan, Sidneydən, Yekaterinburqdan, Kiyevdən də izlənildiyi oxucuların diqqətinə çatdırılıb”.

 

Qeyd edək ki, videoların qəhrəmanı Əzizə xanım və oğlu Əmiraslan peşəkar aşpazdırlar.COVID-19 pandemiyası zamanı ana və oğlu yutub kanalı açaraq sevdikləri peşəni orada nümayiş etdirməyə başlayıblar.Paylaşılan videolar ingilis, rus, hətta Çin dilində subtitrlərlə yerləşdirilir ki, bu da, daha geniş auditoriyanı əhatə etməyə imkan verir.

 

Firuzə Əliyeva

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man