“Titanik”də 1500-dən çox insan həyatını itirsə də, niyə onların qalıqları tapılmayıb?

Maraqlı 24 Oktyabr 2024 | 10:15
OXUNUB: 2017

“Titanik” batmasından 111 il keçməsinə baxmayaraq, o, insanları valeh etmək və təəccübləndirməkdə davam edir. Lakin illərdir araşdırılan bu dağıntıda insan qalıqlarına rast gəlinməməsi diqqəti cəlb edir.

 

Həqiqətən də batan gəmidə həyatını itirən 1500-dən çox insanın qalıqlarının heç birinin tapılmaması özü ilə bir çox nəzəriyyələr gətirir.

 

Sfera.az bu barədə maraqlı araşdıma yazısı təqdim edir.

 

“Titanik” faciəsindən sonra həyatını itirənlərin əksəriyyəti xilasedici jilet geyinmişdilər. Lakin bu jiletlər gəmi batdıqdan sonra cəsədləri suda saxlamağa davam edib.

 

Xilasedici jiletlərin insanları xilas edə bilməməsi ilə yanaşı, gəmi batdıqdan sonra baş verən tufan cəsədləri sürətlə dağıntılar altından uzaqlaşdırıb.

 

Cərəyanlar cəsədlərin çoxunu “Titanik”in dağıntılarından çox uzaqlara aparıb. Ona görə də “Titanik”də həyatını itirənlərin çoxu suyun dərinliklərində deyil, okeanın müxtəlif nöqtələrində itiblər.

 

Bərpa oluna bilməyən bəzi cəsədlər dağıntılar arasında qalmış ola bilər, lakin bu qalıqların məhv edilməsində dərin dəniz canlıları və ekosistemin də böyük rolu olub.

 

Bəs niyə digər qədim dağıntılarda sümüklər tapılsa da, “Titanik”də insan qalıqları heç vaxt tapılmayıb? Bu vəziyyətin izahı “Titanik”in hansı dərinliyə batması ilə bağlıdır.

 

“Titanik” dəniz səviyyəsindən təxminən 3800 metr dərinlikdə yerləşir və sümüklərin əriməsinə səbəb olan kalsium karbonatın kifayət qədər olmadığı bir nöqtədir.

 

Dərin dəniz tədqiqatçısı Robert Ballardın sözlərinə görə, bu dərinlikdə sümüklər kalsium karbonat çatışmazlığı səbəbindən zamanla əriyir və yox olur.

 

Başqa sözlə, “Titanik”də cəsədlərin olmaması sadəcə dərinliyin və dəniz ekosisteminin təbii nəticəsidir.

 

Xanım

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man