Osmanlı Sultanları niyə makiyaj edirdilər?

Maraqlı 17 Oktyabr 2024 | 07:15
OXUNUB: 2180

Bəli, Osmanlıda sultanlara makiyaj edilirdi. Lakin bunun məqsədi bizim dövrümüzdən xeyli fərqli idi.

 

Sfera.az bu maraqlı ənənə ilə bağlı yazı təqdim edir. 

 

Bildiyiniz kimi, sultanlar dövlətin gücünü və ciddiliyini əks etdirməli idilər.

 

Ona görə də onlar həmişə camaat, səfirlər və saray əyanları qarşısında təntənəli və təmtəraqlı görünməli idilər.

 

Xüsusən də xarici səfirlərlə görüşə gedərkən sultanların üzləri rənglənirdi. Məqsəd qarşı tərəfdə təsirli bir görüntü buraxmaq idi.

 

Məsələn, bir Venesiya səfiri görüşlərdən əvvəl Qanuni Süleymanın üzünə rənglərin çəkildiyini bildirib. Bunun səbəbi isə Sultan Süleymanın dəri rəngi çox ağ olduğundan xəstə görünməsinin qarşısını almaq idi.

 

Eyni zamanda sultanların portretləri çəkiləcəksə, əvvəlcədən qrim edilirdi. Burada məqsəd üz cizgilərini fərqli və qüsursuz göstərmək idi.

 

Tarixçi Murat Bardakçı mövzu ilə bağlı bunları deyir:

 

''Sultanlar boyanırdı, amma rəngləmə səbəbi dəb deyildi...''

 

''Məqsəd sultanları əzəmətli və qüdrətli göstərməkdir. “Bir neçə yerdə oxumuşam ki, onlar üzlərinə “bürünc” ifadə vermək üçün makiyaj çəkdiriblər”.

 

Xülasə, Osmanlı dövründə bizim dövrümüzdə gözəllik qəbulundan çoxz, sultanların güclü və ciddi görünməsi üçün makiyaj üsullarından istifadə edilirdi. Bu, artıq bir strategiya kimi idi.

 

Xanım

Sfera.az 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man