Almaniyada bu gündən etibarən 9 avroluq biletin tətbiqinə başlanıb.
Avtosfer.az-ın xəbərinə görə, ucuz biletlə bağlı qərar mayın 20-də qəbul edilib. Qərara əsasən 9 avroya 1 ədəd aylıq bilet alan şəxs ay ərzində istənilən şəhərdə ictimai nəqliyyatdan, o cümlədən ölkə üzrə regional qatarlardan limitsiz istifadə edə biləcək. Qərar 3 ay qüvvədə olacaq. Məlumat üçün deyək ki, Almaniyanın əksərşəhərlərində 1 ədəd gedib bileti təxminən 1,5 avrodur.
Yeni sistemdən turistlər də istifadə edə biləcək. Məqsəd yanacağın bahalaşması fonunda əhalinin şəxsi avtomobildən istifadə etməməsini təşviq etməkdir.
PS. Şəhərimizdə bütün böyük tədbirlər vaxtı (elə Formula 1, Teknofest də daxil) DYP və BNA əhalini şəxsi avtomobildən istifadə etməməyə çağırsa da, bu müraciətə heçkim məhəl qoymur. Nəticəsini elə bu gün də paytaxt sakinləri (xüsusən də Bayıl tərəfdə yaşayanlar) görür. Bəlkə Almaniya təcrübəsindən bəhrələnək? Axı dünya gör-götür dünyasıdır.
Məsələn, eksperiment olaraq Bakı-Sumqayıt qatarını və avtobusları pulsuz edib yolu yüngülləşdirmək mümkün olmazmı?
Vüqar Yaşaroğlu
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man