Avtoşluq edən “BMW” polislə burun-buruna gəldi - VİDEO

Maraqlı 30 May 2022 | 18:17
OXUNUB: 977

Hadisə Polşada baş verib. 
Avtosfer.az-ın xəbərinə görə, yanacaqdoldurma məntəqəsindən çıxan sürücü avtoşluq  sevdasına düşüb.  O, yol dairəsində avtomobili fırladaraq yenidən yola düzəlib. Lakin çox gedə bilməyib.  Döngədən çıxarkən polis avtomobili ilə üz-üzə gəlib.
Təhülkəsizlik kameralarının altında və polisin gözü qarşısında məharətini göstərmək sürücüyə baha başa gəlib. O, 5 000 zlotı (təxminən 2 000 AZN) cərimə olunub, 6 cərimə balı alıb. Ən əsası isə, avtomobil istismara yararsız hesab olunaraq çıxdaş edilib, nömrə nişanı ləğv olunub. 
Qeyd edək ki, çox köhnə maşınla xuliqanlıq edənlərin avtomobilinin utilizasiya məqsədi ilə müsadirə edilməsi praktikası Avropada getdikcə daha geniş yayılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man